"Əlincə" Gürcüstan klubu ilə qarşılaşıb

00:57 - 27 Dekabr 2017

"Əlincə" futbol klubunun U-11 komandası yoldaşlıq görüşü keçirib.

 

Sportal.az-ın məlumatına görə, komanda ölkəmizdə təlim-məşq toplanışında olan Gürcüstanın "Saburtalo" klubunun U-11 kollektivi ilə qarşılaşıb. "Əlincə"nin Masazırdakı təlim-məşq bazasında keçirilən oyun təmsilçimizin 4:2 hesablı qələbəsi ilə başa çatıb. "Əlincə"nin qollarına Bayram Həsənli, Əli Cəbiyev, Ramal Məmmədov və Qədir Zeynalov imza atıblar. Oyundan sonra "Əlincə" klubunun baş məşqçisi İlkin Hacızadə saytımıza verdiyi açıqlamasında bunları deyib:

 

"İlk olaraq rəqibimizə təşəkkür edirəm ki, bizə belə bir təklif irəli sürdülər. Biz də bunu müsbət qarşıladıq. Bu cür oyunlar komandamıza çox xeyir verir. Uşaqlar təcrübə toplayır. Düşünürəm ki, rəqibimiz də bu oyundan zövq aldı. Biz gələcəkdə də çalışacağıq ki, daha çox oyunlar keçirək. Çünki, bu yaşda uşaqlar üçün beynəlxalq yoxlama oyunları uşaqların futbolu sevməyinə və öz oyunlarını daha da təkmilləşdirmək çox kömək edir".

 

Qeyd edək ki, sonda hər iki komandanın üzvləri xatirə şəklii çəkdiriblər.

 

Xəbər xətti