Bu gün Avropa Millətlər Liqasının püşkü atılıb.
Sportal.az xəbər verir ki, Azərbaycan millisi ilk dəfə təşkil ediləcək yarışda sonuncu - D liqasında yarışacaq. Yığmamız Farer adaları, Malta və Kosovo ilə bir qrupda mübarizə aparacaq.
Millətlər Liqasının qrup mərhələsinin oyunları bu ilin sentyabr-noyabr aylarında keçiriləcək.
Millətlər Liqası, qrup mərhələsi
A liqası
1-ci qrup: Almaniya, Fransa, Hollandiya
2-ci qrup: Belçika, İsveçrə, İslandiya
3-cü qrup: Portuqaliya, İtaliya, Polşa
4-cü qrup: İspaniya, İngiltərə, Xorvatiya
B liqası
1-ci qrup: Slovakiya, Ukrayna, Çexiya
2-ci qrup: Rusiya, İsveç, Türkiyə
3-cü qrup: Avstriya, Bosniya və Herseqovina, Şimali İrlandiya
4-cü qrup: Uels, İrlandiya, Danimarka
C liqası
1-ci qrup: Şotlandiya, Albaniya, İsrail
2-ci qrup: Macarıstan, Norveç, Bolqarıstan, Kipr
3-cü qrup: Sloveniya, Yunanıstan, Finlandiya, Estoniya
4-cü qrup: Rumıniya, Serbiya, Monteneqro, Litva
D liqası
1-ci qrup: Gürcüstan, Latviya, Qazaxıstan, Andorra
2-ci qrup: Belarus, Lüksemburq, Moldova,San Marino
3-cü qrup: Azərbaycan, Farer adaları, Malta , Kosovo
4-cü qrup: Makedoniya, Ermənistan, Lixtenşteyn, Cəbəllütariq
saytlarin hazirlanmasi
