“Kəpəz” daha iki futbolçu ilə münasibətləri rəsmiləşdirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi braziliyalı yarımmüdafiəçilər - Dario Frederiko və Dieqo Souza ilə müqavilə bağlayıb. Dario cari mövsümün sonunadək, Souza isə bir il müddətində “Kəpəz”in şərəfini qoruyacaq.

 

Xatırladaq ki, Frederiko əvvəlki iki mövsümdə “Kəpəz”in heyətində çıxış edib.