"Əlincə"nin başqanı baza məsələsinə nöqtə qoydu - SATILMIR!

16:16 - 27 Yanvar 2018

"Əlincə Arena"nı satmaq fikrimiz yoxdu". 

 

Bunu "Əlincə" klubunun prezidenti Elşad Kəlbəliyev söyləyib. O, stadionun "Qəbələ" klubuna satılması barədə mətbuatda yayılan xəbərlərlə bağlı Sportal.az-a açıqlama verib. Kəlbəliyevin sözlərinə görə, yayılan xəbərlər həqiqəti əks etdirmir:

 

"Bununla bağlı qarşı tərəfdən təklif almışdıq. Lakin onlara stadionu satmaq fikrində olmadığımızı bildirdik, bununla da məsələ qapandı. Bizim gənc futbolçuların inkişafı istiqamətində böyük planlarımız var. Bu gün Azərbaycanın U-19 millisində çıxış edən 8 futbolçu məhz "Əlincə" klubunda, bu bazada yetişib. Yenə də bu yöndə işlərimizi davam etdiririk. Bazamızda 3 yaş qrupu üzrə komanda məşq edir. Növbəti mövsümdən komandaların sayı daha da artacaq. Klub yarandığı gündən əsas hədəf akademiyamızın yetirmələri ilə Premyer Liqada iştirak etmək olub. Müəyyən çətinliklərimiz olsa da, bu hədəfə doğru gedirik. İşlərimiz qaydasında getsə, növbəti mövsümdən birinci divizionda da komanda ilə təmsil olunacağıq".

Xəbər xətti