"Ulduz" ÇL-i 8-ci pillədə başa vurdu

15:54 - 3 Fevral 2018

İspaniyanın Alcalа de Henares şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında təşkil olunmuş futzal üzrə Çempionlar Liqasında mübarizə aparan Azərbaycan çemionatının qalibi “Ulduz” çıxışını başa vurub.

 

Sportal.az xəbər verir ki, təmsilçimiz 5-ci yer uğrunda oyunda Norveçin “Oslo Doves Sport” komandasına 0:1, 7-ci yer uğrunda keçirilən qarşılaşmada isə İtaliyanın “Torino” kollektivinə 1:10 hesabı ilə məğlub olub. 

 

“Ulduz” yekunda ÇL-i 8-ci pillədə başa vurub.

Xəbər xətti