AFFA-nın Hesabat Konfransının vaxtı açıqlandı

10:49 - 6 Fevral 2018

AFFA-nın növbəti Hesabat Konfransının vaxtı müəyyənləşib.

 

Sportal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, tədbir martın 7-də saat 10:00-da, “Bulvar otel”də keçiriləcək. Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.

 

AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

 

- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər

Xəbər xətti