Dünya kuboku İlham Əliyevə təqdim olundu

15:40 - 9 Fevral 2018

Futbol üzrə dünya çempionatı ərəfəsində dünya turnesi çərçivəsində çempionatın Kubokunun əsli FIFA-Coca-Cola və AFFA tərəfindən Azərbaycana gətirilib.

 

Sportal.az “Azərtac”a istinadən xəbər verir ki, fevralın 9-da kubok Azərbaycan Respublikası Prezidentinə təqdim olunub.

 

Kubok futbol üzrə dünya çempionatı kubokunun sahibi, Fransa yığma komandasının keçmiş oyunçusu, dünya futbol əfsanələrindən sayılan Kristian Karambo tərəfindən təqdim edilib.

Xəbər xətti