Millimizin rəqibi Parisdə iki oyun keçirəcək

18:58 - 14 Fevral 2018

UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Kosovo yığması Fransaya təlim-məşq toplanışına yollanacaq.

 

Sportal.az xəbər verir ki, sözügedən komanda martın 20-dən 27-nə qədər Parisdə hazırlıq keçəcək. Bu barədə Kosovo Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

 

Millimizin rəqibi bu toplanış çərçivəsində iki yoxlama matçında da qüvvəsini sınayacaq. Belə ki, Kosovo yığması martın 24-də Madaqaskar, ayın 27-də isə Burkina-Faso komandaları ilə yoxlama görüşü keçirəcək. Matçlar "Francovile" stadionunda baş tutacaq.

 

Qeyd edək ki, Azərbaycan millisi Kosovo ilə sentyabrın 7-də evdə, noyabrın 20-də isə səfərdə qarşılaşacaq.

Xəbər xətti