2020-ci ildə keçiriləcək Avropa Çempionatının ümumi mükafat fondu 371 milyon avro olacaq.
Sportal.az xəbər verir ki, bu barədə UEFA-nın baş katibi Teodor Teodoridis məlumat verib. O, bildirib ki, turnirin qalibi 34 milyon avro qazanacaq. İştirakçı komandaların hər birinə isə 1,25 milyon avro veriləcək.
Qeyd edək ki, AÇ-2020-nin mükafat fondu 2016-cı ildə Fransada keçirilmiş qitə birinciliyi ilə müqayisədə 70 milyon avro artırılıb.
Xatırladaq ki, 2020-ci il Avropa çempionatının A qrupunun 3 və 1/4 finalın 1 oyunu Bakıda keçiriləcək.
saytlarin hazirlanmasi
