UEFA seçmə mərhələdən 1 milyard avro qazanıb

18:47 - 26 Fevral 2018

UEFA-nın DÇ-2018-in seçmə mərhələsində əldə etdiyi gəlir açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Avropanın ali futbol qurumunun seçmə mərhələdəki gəliri 1 milyard avro olub. Bu barədə məlumatı UEFA-nın maliyyə direktoru Jozef Koller verib. Koller UEFA-nın Bratislavada keçirilən konqresi zamanı bu barədə danışıb.

 

Qeyd edək ki, DÇ-2018 iyunun 14-dən iyulun 15-nə qədər Rusiyada keçiriləcək.

 

Azərbaycan millisi də DÇ-2018-in seçmə mərhələsində iştirak edib

Xəbər xətti