Millimizin rəqibi Ermənistanda işləmiş məşqçiyə tapşırıldı

14:59 - 2 Mart 2018

UEFA Millətlər Liqasında millimizlə eyni qrupda yer alan Kosovo millisinin baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, komanda Bernar Şallanda tapşırılıb. 66 yaşlı mütəxəssislə bu gün rəsmiləşib. Onunla 2 illik sözləmə imzalanıb.  

 

Benard Şalland işinin icrasına martın ortalarında başlayacaq. O, martın 24-də Madaqaskar, 27-də isə Burkina Faso ilə yoxlama görüşlərində millinin "sükanı arxası"nda olacaq.  

 

Qeyd edək ki, 66 yaşlı çalışdırıcı məşqçilik karyerası əzrində "Sürix", "Sion", "Thun", "Yanq Boys" kimi klublarda və Ermənistan millisində çalışıb.

Xəbər xətti