Azərbaycanda hakimi döyən futbolçuya 10 oyunluq cəza verildi

14:45 - 6 Mart 2018

AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasında Region Liqasının “Energetik” – “Şəmkir”  qarşılaşmasında yaşanan qalmaqalın səbəbkarları cəzalandırılıb.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, meydan sahiblərinin iki futbolçusu ağır cəzaya məruz qalıb.

 

Regional Liqanın, “Energetik” – “Şəmkir” matçının 23-cü dəqiqəsində “Energetik”in futbolçusu Tural Məmmədzadə hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

 

Oyunun 78-ci dəqiqəsində “Energetik”in futbolçusu Samir Əliyev aqresiv davranış, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanıb.

Xəbər xətti