FİFA prezidenti Böyükağa Hacıyevə görə başsağlığı verdi

12:50 - 29 Mart 2018

FİFA prezidenti Canni İnfantino AFFA-nın Məşqçilər Komitəsinin üzvü, müxtəlif komandalarda məşqçi və baş məşqçi vəzifəsində çalışmış Böyükağa Hacıyevin vəfatı ilə əlaqədar başsağlığı verib.
 
Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, ali futbol qurumunun rəhbəri Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) başsağlığı məktubu ünvanlayıb.
 

Xatırladaq ki, B.Hacıyev martın 16-ı vəfat edib.

Xəbər xətti