Sabiq "Qarabağ"lı Dubayda akademiya açdı

15:34 - 30 Mart 2018

"Qarabağ”ın sabiq futbolçusu Denis Sokolovski Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Dinamo” Futbol Akademiyası açıb.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı sabiq hücumçu Ukrayna mətbuatına müsahibəsində bu haqda bildirib. Sokolovski akademiyada bir uşaq üçün illik ödənişin 15 min dollar təşkil etdiyini söyləyib.

 

Qeyd edək ki, ukraynalı keçmiş futbolçu 2005-2006-cı illərdə "Qarabağ"da oynayıb və 29 oyuna 4 qol vurub.

Xəbər xətti