Məşqçilərimiz İsveçrəyə gedəcək

17:43 - 2 Aprel 2018

Aprelin 3-dən 6-dək İsveçrənin Nyon şəhərində PRO kateqoriyası kurslarında təhsil alan məşqçilər üçün “UEFA Pro licence Student exchange” adlı seminar keçiriləcək.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA-nın mənzil-qərargahında təşkil ediləcək seminarda Azərbaycan, Finlandiya, Serbiya və Ukraynadan olan məşqçilər iştirak edəcək. 

 

AFFA-nın texniki direktoru Bernhard Lippertin başçılıq edəcəyi nümayəndə heyəti hazırda PRO kurslarında təhsil alan adları aşağıda göstərilmiş məşqçilərdən ibarət olacaq:
 

Samir Abasov, Mayk Bennett, Elşad Əhmədov, Baba Əsgərov, Siyasət Əsgərov, Zaur Həşimov, Vüqar Məmməd, Ramin Quliyev, Mahmud Qurbanov, Elçin Rəhmanov, Rəşad Sadıqov

Xəbər xətti