PFL-də yeni təyinat

11:24 - 8 Aprel 2018

Peşəkar Futbol Liqasında vəzifə dəyişikliyi baş verib.

 

Sportal.az xəbər verir ki, qurumun Texniki İdman Şöbəsinin rəisi postuna Nihad Məmmədov gətirilib. Məmmədov “Sumqayıt” klubuna idman-direktoru təyin olunan Zamiq Hüseynovu əvəzləyib. Məlumat üçün bildirək ki, 2013-cü ildən Peşəkar Futbol Liqasında çalışan N.Məmmədov 2 ildir ki, Zamiq Hüseynovun müavini kimi fəaliyyət göstərirdi. 

 

Qeyd edək ki, Zamiq Hüseynov 2018-ci ildən PFL-də çalışırdı..

Xəbər xətti