İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi açıqlandı

16:17 - 3 May 2018

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və gündəliyi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, mayın 11-də milli assosiasiyanın inzibati binasında keçiriləcək tədbir saat 10:00-da start götürəcək.

 

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

 

1. Azərbaycan Premyer Liqası klublarının əvəzedici komandaları arasında keçirilən çempionatla bağlı Klublar Komitəsinin 1 may tarixli iclasında klubların irəli sürdüyü təkliflərin müzakirəsi;

 

2. Azərbaycan Premyer Liqasında gənc futbolçularla bağlı limit

 

3. Lisenziyalaşdırma prosesi ilə bağlı məlumat

 

4. Digər məsələlər.

Xəbər xətti