FİFA referi köməkçisi Rza Məmmədovun 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsindəki növbəti təyinatı məlum olub.
Sportal.az xəbər verir ki, Azərbaycanlı hakim D qrupunun Serbiya - İspaniya qarşılaşmasında iş başında olacaq. Qarşılaşma mayın 5-i Bakı vaxtı ilə saat 00.45-də keçiriləcək.
Oyunun baş hakimi Rumıniya Futbol Federasiyasından Horatiu Fesnik olacaq.
Qeyd edək ki, Məmmədov bu gün B qrupunun Portuqaliya - Norveç qarşılaşmasında (0:0) iş başında olub.
saytlarin hazirlanmasi
