Azərbaycanlı hakim Serbiya - Almaniya qarşılaşmasına təyinat aldı

00:59 - 8 May 2018

FİFA referi köməkçisi Rza Məmmədovun 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsindəki növbəti təyinatı məlum olub.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı hakim D qrupunun Serbiya - Almaniya qarşılaşmasında iş başında olacaq. Oyunun baş hakimi Irlandiya Futbol Federasiyasından Harvey Robert  olacaq

 

Qarşılaşma mayın 8-i  Bakı vaxtı ilə saat 16.00-da keçiriləcək.

 

Qeyd edək ki, Rza Məmmədovun bundan öncə təyinat aldığı iki oyundakı işi hakim-inspektorları tərəfindən yüksək qiymətləndirilib.

Xəbər xətti