Pedro Enrike PAOK-da qalacaq

16:16 - 7 İyun 2018

Ötən mövsüm icarə əsasında çıxış edən Pedro Enrike müqavilə ilə məxsus olduğu PAOK-a dönüb.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı vinger Saloniki təmsilçisindən ayrılmayacaq. Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Məlumat bildirilir ki, komandanın baş məşqçisi Razvan Luçesku braziliyalı oyunçunu heyətdə saxlamağa qərar verib. Rumıniyalı mütəxəssis Çempionlar Liqasına hazırlaşan komandada heyətin geniş olmasını istəyir.

 

"Qarabağ" Pedronu 166 min avroya ötən il icarəyə götürmüşdü. Enrike çıxdığı 26 matçda 6 qola imza atmışdı.

Xəbər xətti