İlham Əliyev dünya çempionatının açılışında iştirak edəcək

14:58 - 11 İyun 2018

Azərbaycan prezidenti İlham Əliyev DÇ-2018-in açılış mərasimində iştirak edəcək.

 

Sportal.az xəbər verir ki, bu haqda Rusiyanın “RİA Novosti” agentliyi Azərbaycan Prezidenti Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb. Açılış mərasiminə Rusiya prezidenti Vladimir Putin və Ermənistanın yeni baş naziri Nikol Paşinyan da qatılacaq.

 

Xatırladaq ki, mərasim iyunun 14-də Rusiyanın “Lujniki” stadionunda təşkil ediləcək.

Xəbər xətti