"Qarabağ"ın istədiyi futbolçu İtaliya klubu ilə anlaşdı

10:59 - 25 İyun 2018

İtaliyanın "Çezena" klubunun futbolçusu Kərim Laribinin "Qarabağ"a keçidi baş tutmayıb.

 

Sportal.az xəbər verir ki, tunisli ön xətt oyunçusu Apenin yarımadasında qalmağı qərara alıb. Bu barədə yerli məbuat məlumat yayıb. Bildirilir ki, Laribi İtaliyanın digər klubu "Verona" ilə razılığa gəlib.

 

Yaxın zamanda tərəflər arasında münasibətlər rsmiləşdiriləcək.

Xəbər xətti