Rüfət Nadirlinin verilişi qayıdır - Bu dəfə fərqli kanalda - ANONS

14:14 - 1 İyul 2018

Müxtəlif kanallarda yayımlanan "Qaliblər" verilişi yenidən ekranlara qayıdır.

 

Sportal.az xəbər verir ki, Rüfət Nadirlinin müəllifi və aparıcısı olduğu "Qaliblər" iyunun 4-dən etibarən "CBC sport" telekanalında yayımlanacaq. Tamaşaçılar verilişdə ölkəmizin məşhur idmançılarının keçirdikləri bir gününü - məşqlərini, gündəlik işlərini və asudə vaxtlarını necə keçirdiklərini izləmək imkanına sahib olacaqlar. Eyni zamanda, sürpriz qonaqlar, müğənnilər, tanınmış şəxslər verilişdə iştirak edəcəklər.

 

Beləliklə, həftənin çərşənbə günləri "Qaliblər" qonağınız olacaq.

 

Xəbər xətti