Pro kursu: DÇ-2018-in oyunları təhlil olunur FOTOLAR

18:11 - 9 Avqust 2018

Bu gündən etibarən AFFA-nın Futbol akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun daha bir moduluna start verilib.

 

Sportal.az xəbər verir ki, avqustun 11-dək davam edəcək bu modul 2018-ci ildə Rusiya təşkil olunmuş dünya çempionatında keçirilmiş oyunların təhlilinə həsr ediləcək. Qarşılaşmalarda taktiki planda diqqətçəkən məqamlar və müşahidə olunan yeniliklər müzakirə olunacaq.

 

UEFA-nın tövsiyəsi ilə təşkil olunmuş, AFFA-nın texniki direktoru Bernhard Lippert, təlimatçılar Aslan Kərimov və Osman Rəhimovun iştirakı ilə keçirilən bu modulun yekunları kursda təhsil alan məşqçilərin qiymətləndirilməsinə təsir göstərməyəcək.

 

 

Xəbər xətti