Azərbaycanın UEFA-nın reytinqində mövqeyi dəyişmədi

14:30 - 23 Avqust 2018

Çempionlar Liqasının pley-off mərhələsində keçirilən ilk oyunlardan sonra UEFA reytinqi açıqlanıb.

 

Sportal.az xəbər verir ki, oynanılan matçlardan sonra Azərbaycanın mövqeyi dəyişməz qalıb. 18,250 xalı olan ölkəmiz 25-ci sırada qərarlaşıb.

 

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan İsrailin 18.375 xalı var.

 

Əlavə edək ki, təmsilçimiz "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində bu gün səfərdə "Şerif"lə qarşılaşacaq.

Xəbər xətti