"Şerif" "Qarabağ"la oyundan öncə qalib gəldi

10:38 - 27 Avqust 2018

Moldova çempionatında 18-ci turun oyunları keçirilir.  

 

Sportal.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Şerif" doğma meydanda "Dinamo-Avto"nu qəbul edib və 2:0 hesablı qələbə qazanıb. Tiraspol təmsilçisinin heyətində Kamara və Oankea fərqlənib.

 

Bu nəticədən sonra xallarının sayını 42-ə yüksəldən “Şerif” liderliyini bir az da möhkəmləndirib. Hazırda onları ikinci pillədəki “Milsami”dən 7 xal ayırır.

 

Qeyd edək ki, “Qarabağ”la “Şerif” arasındakı Tiraspoldakı ilk oyunda Moldova klubu minimal hesablı qələbəyə sevinib.  Cavab oyunu avqustun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Xəbər xətti