Çexiya yığması baş məşqçisisi Karel Yarolimi postundan qovub.

 

Sportal.az xəbər verir ki, bu barədə federasiyanın saytı məlumat yayıb. Məlumatda müqavilənin qarşılıqlı şəkildə pozulduğu qeyd olunub.

 

Çexiya dünən yoxlama görüşündə Rusiyaya 1:5 hesabıyla uduzub. Həmin qarşılaşmanı azərbaycanlı FIFA referisi Əliyar Ağayev idarə edib.

 

Qeyd edək ki, Yarolim 2016-cı ildən Çexiya yığmasını çalışdırırdı.