Futbolçu karyerasını ABŞ-da davam etdirən 40 yaşlı Didye Droqba daha bir uğur qazananıb.

 

Sportal.az xəbər verir ki, Kot-d-İvura millisinin keçmiş üzvü aşağı liqa USL-də çıxış edən “Foneks Risinq”lə çempionluq sevinci yaşayıb. “Foneks Risinq” Şimali Konferans finalında “Orange Kounti Blues”i 2:1 hesabıyla məğlub edərək, titula sahib olub. Komandanın qollarından birini Didye Droqba vurub.

 

Qeyd edək ki, "Çelsi", "Qalatasaray", "Marsel" kimi komandaların şərəfini qorumuş Droqba kapitanı oluğu “Foneks Risinq”in həm də sahibidir.