Türkiyənin "Qalatasaray" klubu heyətinə iki futbolçu qatıb.
Sportal.az "Milliyet"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın "Udineze" klubunun sağ cinah müdafiəçisi Yens Larsenlə 3+1 illik anlaşıb.
"Sarı-qırmızılar" bu keçid üçün 3,2 milyon avro təzminat ödəməyi qəbul edib. 30 yaşlı futbolçunun illik maaşı 1,6 milyon avro olacaq.
"Qalatasaray" "Alanyaspor"un yarımmüdafiəçisi Berkan Kutlunun keçidini 3 milyon avroya həll edib. 23 yaşlı futbolçunun növbəti satışından alanyalılara 20 faiz pay ödəniləcək.
saytlarin hazirlanmasi