Raul Qonsales mövsümün sonunda “Kastilya"nın baş məşqçi postunu tərk edəcək.
Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis son 6 ildə “Real"ın gənclər komandasına rəhbərlik edib və 2019/20 mövsümündə UEFA Gənclər Liqasını qazanıb. Ümumilikdə isə o, klubun akademiyasında 7 il işləyib – ilk ili U-19 komandasında çalışıb.
İspaniyanın AS nəşrinin məlumatına görə, Xabi Alonsonun “Real”ın baş məşqçisi təyin olunması Raulun bu qərarı verməsində həlledici rol oynayıb. Əfsanəvi hücumçu, birinci komandaya rəhbərlik etmək şansı əldə etmədiyinə görə məyusdur: 2021-ci ildə klub onu yox, Karlo Ançelottini seçmişdi, bu dəfə isə seçim Alonso oldu.
Raul artıq qərarını komandasına və yaxın ətrafına çatdırıb. Vida matçı şənbə günü “Alkoyano”ya qarşı keçiriləcək.Mənbənin iddiasına görə, onunla maraqlanan klublar arasında "Lids Yunayted", "Vilyarreal" və "Şalke" var.
Raulun “Kastilya”dakı yerini isə U-19 komandasının baş məşqçisi Alvaro Arbeloa tutacaq.
saytlarin hazirlanmasi