"Neftçi"nin 2 milyonluq yeni transfer hədəfi məlum oldu - SON DƏQİQƏ

11:37 - 19 İyul 2025

"Neftçi"nin transfer bazarında fəallığı davam edir.

"Ağ qaralar"a təklif olunan oyunçuların siyahısı genişdir.

Amma baş məşqçi Samir Abasovun israrla sərəncamında gördüyü adlar elə də çox deyil.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, onlardan birinin kimliyi artıq məlum olub.

Bu, Kennedi Boatinqdir.

28 yaşlı legioner hazırda Rumıniyanın "Dinamo" klubuna məxsusdur.

Mərkəz müdafiəçisi daha əvvəl Avstriyada LASK, "Riad", "Lustenau" klublarında çıxış edib.

Qısa müddətdə Portuqaliyada "Santa Klara"nın formasını geyinib.

Dəyəri 2 milyon manata yaxın qiymətləndirilən oyunçu Toqo millisində 10 görüş keçirib.

Xəbər xətti