"Neftçi"nin legioneri: "Üç xal qazanmaq bizim üçün çox vacib idi"

20:38 - 2 Noyabr 2025

"Evdə, azarkeşlərimizin önündə qələbə qazandığımız üçün çox xoşbəxtəm".

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yarımmüdafiəçisi Freddi Varqas deyib.

Venesuelalı futbolçu Misli Premyer Liqasının 10-cu turunda "Kəpəz"ə qarşı keçirilmiş (5:1) matç barədə danışıb: "Üç xal qazanmaq bizim üçün çox vacib idi. Qarşıda bizi Azərbaycan derbisi gözləyir. Növbəti görüşdə də qələbə qazanacağımıza ümid edirəm. Baş məşqçi məni o mövqeyə bəzi matçlarda yönləndirib. "Kəpəz"lə görüşdə 10 nömrə mövqeyinə start heyətində çıxmışdım. Əlimdən gələni etməyə çalışdım".

Xəbər xətti