"Neftçi"nin üzvü Avropada oktyabrın ən yaxşısı seçildi - FOTO

09:33 - 5 Noyabr 2025

"Neftçi"nin basketbolçusu Devonte Qrin FİBA Avropa Kubokunun qrup mərhələsində oktyabr ayının ən yaxşı oyunçusu seçilib.

Sportal.az xəbər verir ki, 28 yaşlı amerikalı ay ərzində keçirdiyi 3 matçın hər birində orta hesabla 21,0 xal, 7,7 ribaund və 3,0 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, I qrupunda yer alan "Neftçi" Polşanın "Kalev" (95:84) və digər Azərbaycan klubu "Abşeron Layəns"i (104:86) məğlub edib, Polşanın"Trefl" komandasına (63:92) uduzub.

Xəbər xətti