Klub paytaxtda stadion inşa etdirir

Hazırda Avrokubok və daxili çempionat oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirən "Qarabağ" növbəti mövsümdən ev oyunlarını yeni arenada keçirəcək.

Sportal.az Qol.az-a istinadən xəbər verir ki, Suraxanı qəsəbəsində inşa edilən stadion növbəti mövsümə hazır olacaq. Stadionun tutumu 5800 nəfər olacaq. Klub bu stadionda yalnız çempionat oyunlarını keçirəcək.