Millimizin məşqçisi "Qarabağ"ın oyununda
 
Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Aslan Kərimov UEFA Avropa Liqasının play-off mərhələsinin cavab oyunları çərçivəsində avqustun 28-də, Hollandiyanın Enschede şəhərində keçiriləcək "Tvente" - "Qarabağ" qarşılaşmasını izləyəcək.
 
Sportal.az xəbər verir ki, bu barədə məlumatı AFFA-nın rəsmi saytı verib.