Aqolli yenidən milli komandada
 
“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli sentyabrın 7-də “Avro-2016”nın seçmə mərhələsinin oyununda iştirak edə bilər.

Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi növbəti dəfə əsas heyət üzvü olduğu Albaniya milli komandasına dəvət alıb.

Qeyd edək ki, albanlar sentyabrın 7-də “Avro-2016”nın ilk seçmə oyununa çıxacaq. Bu matçda onlar Portuqaliya millisi ilə qarşılaşacaqlar.