Təmsilçimiz "Avro-2012"nin final matçı keçirildiyi arenada vuruşacaq
 
Avropa Liqasının qrup mərhələsinin “Dnepr” - "Qarabağ" matçının keçiriləcəyi stadion rəsmən müəyyənləşib.

Sportal.az xəbər verir ki, sözügedən qarşılaşma Kiyevin "Olimpiyski" stadionunda oynanılacaq.

Qeyd edək ki, "Avro-2012"nin final matçı da "Olimpiyski" stadionunda keçirilib.

Xatırladaq ki, “Qarabağ”ın “Dnepr”lə səfər oyunu  oktyabrın 23-ü, Bakıdakı görüş isə noyabrın 6-ı keçiriləcək.