Yarımmüdafiəçi daha 3 il "Qarabağ"da

 

"Qarabağ"ın brazilyalı futbolçusu Riçard Almeyda ilə yeni müqavilə imzalanıb.

 

Sportal.az-a açıqlamasında klubun direktoru Əmrah Çəlikəl müqavilənin 3 il müddətinə uzadıldığını bildirdi.

 

Qeyd edək ki, Almeydanın “Qarabağ”la müqaviləsi 2015-ci ilin yayında başa çatırdı.