Təlim-məşq toplanışı

 

“Qarabağ”  Antalyada təlim-məşq toplanışını davam etdirir.

Sportal.az klubun saytına istinadən xəbər verir ki, hazırlığın növbəti günündə Qurban Qurbanovun komandası  səhər məşqinə yerli vaxtla 11:00-da yollanıb.

Çalışma 90 dəqiqə davam edib. İsinmə hərəkətlərinin ardından 3 qrupda kvadrat oynayan futbolçular ardınca məşqçilərin verdiyi başqa fiziki məşğələləri yerinə yetiribilər.