U-15 liqası
 
AFFA-nın təşkil etdiyi U-15 liqasında növbəti turun oyunları keçirilib. 
 
Sportal.az xəbər verir ki, “Neftçi” PFK-nın U-15 komandası 16-cı turda “Xəzər Lənkəran” klubunu qəbul edib.
 
Görüş baş məşqçi Adil Mahmudovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Neftçi”nin qolunu Hüseyn Hüseynzadə vurub.