Qarşılaşma klubun rəsmi saytında
 
Sabah Ölkə kubokunun yarımfinl mərhələsinin ilk matçında "Qarabağ" "Simurq"u qəbul edəcək.
 
Ağdam klubunun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, bu qarşılaşma "Qarabağ"ın rəsmi saytı vasitəsi ilə canlı yayımlanacaq.
 
Qeyd edək ki, qarşılaşma 13 apreldə "İnter Arena"da baş tutacaq və 18:00-da start götürəcək.