Komanda iki itki ilə hazırlaşır
 
Azərbaycan Premyer Liqasının 32-ci turunda "Qəbələ"nin qonağı olacaq "Qarabağ" oyununun hazırlıqlarına başlayıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Jumbinyo və Namiq Ələsgərovdan başqa bütün futbolçular məşqdə iştirak edib.
 
Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" matçı mayın 2-i saat 19:00-da başlayacaq.