Dünən axşam saatlarında bölmədən ayrılıb
 
Xəbər verdiyimiz kimi, "Qarabağ"ın bir neçə azarkeşi "Sumqayıt"la oyundan sonra polislər tərəfindən saxlanılaraq bölməyə aparılmışdı.
 
Klubun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, həmin azarkeşlər dünən axşam saatlarında sərbəst buraxılıb. Məhz klub rəhbərliyi azarkeşlərinə sahib çıxaraq onların sərbəst buraxılmasında yaxından iştirak edib.