Bu gün son məşqinə çıxacaq

 

Azərbaycan kubokunun final oyunu çərçivəsində "Qarabağ"la qarşılaşacaq "Neftçi" dünən Qəbələyə yollanıb.

 

Sportal.az xəbər verir ki, komanda matç öncəsi son məşqə bu gün saat 21:00-da çıxacaq. Bundan yarım saat əvvəl isə media nümayəndələri üçün mətbuat konfransı təşkil olunacaq.

 

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" görüşü sabah 20:00-da başlayacaq. Qarşılaşma Qəbələ şəhər stadionunda oynanılacaq.