Sabiq futbolçu məşqçi olacaq
 
"Neftçi"nin əvəzedici heyətinə yeni məşqçi təyin olunub.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, İqor Getman əvəzedici heyətdə məşqçi postuna gətirilib.
 
Xatırladaq ki, İqor Getman daha əvvəllər "Neftçi" uşaq-gənclər futbol məktəbində baş məşqçi funksiyasını yerinə yetirirdi. O, futbolçu karyerası ərzində Azərbaycanda yalnız “Neftçi”nin şərəfini qoruyub.