Sabah son məşqinə çıxacaq

 

"Qarabağ" bu gün Monteneqroya yollanır.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsində "Rudar"la cavab oyununa çıxacaq Ağdam təmsilçisi Bakı – Podqoritsa reysiylə hərəkət edəcək. "Qarabağ"ın Bakı vaxtıyla 23:00-da Monteneqroda olması eyhtimal olunur.

 

Sabah komanda oyunöncəsi sonuncu məşqinə çıxacaq. Bundan 15 dəqiqə öncə isə baş məşqçi Qurban Qurbanov  jurnalıstlərin suallarını cavablandıracaq.

 

Qeyd edək ki, "Rudar" - "Qarabağ" oyunu 22 İyul saat 23:45-də (Azərbaycan vaxtı) keçiriləcək.