Sabelya ilə 3 illik müqavilə imzalanıb

 

Səudiyyə Ərəbistanının futbol üzrə milli komandasını kimin çalışdıracağına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, bu posta Argentina millisinin sabiq baş məşqçisi Alexandro Sobelya gətirilib. Təcrübəli mütəxəssislə 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Sabelya 2014-cü il dünya çempionatından sonra Argentina milli komandasından ayrılmışdı.