1 və 2 AZN-ə olan biletlər bitib

 

Sabah UEFA  Avropa Liqasının "pley off” mərhələsi çərçivəsində Bakıda keçiriləcək "Qarabağ” – "Yanq Boys” oyununa bilet satışı davam edir.

 

Sportal.az xəbər verir ki, ötən gün səhər saatlarında satışa çıxarılan biletlərin sayı 14 mini ötüb. Onu da əlavə edək ki, 1 və 2 AZN-ə olan biletlər bitib. Oyun saatına qədər bütün biletlərin satılacağı gözlənilir.
 

Qeyd edək ki, qarşılaşma sabah saat  21:00-da başlayacaq.