"Rəqibimizə hörmətlə yanaşırıq"
 
Bu gün Avroliqanın qrup mərhələsinin ilk matçında təmsilçimiz "Qarabağ" səfərdə "Tottenhem"in qonağı olacaq.

Sportal.az xəbər verir ki, rəqibin baş məşqçisi Maurisio  Poçettino bu matç haqda fikirlərini bildirib:
 
"Qarabağ" güclü komandadır, heyətində təcrübəli və texnikalı futbolçular var. Rəqibimizə hörmətlə yanaşırıq. Bu qarşılaşmaya tam hazırıq. Rəqibin heyətində elə futbolçular var ki, hər an bizə çətinlik yarada bilər. Komandama güvənirəm".