Komanda hazırlıqlarına burda davam edəcək
 
Premyer Liqanın 5-ci turunda Gəncədə "Kəpəz"in qonağı olacaq "Qarabağ" bu gün "Tottenhem"lə oyundan sonra Londan birbaşa Gəncəyə yollanıb.

Sportal.az xəbər verir ki, komanda az öncəyə Gəncəyə çatıb. Ağdam təmsilçisi "Kəpəz"lə oyunun hazırlıqlarını Gəncədə davam etdirəcək.

Qeyd edək ki, "Kəpəz" - "Qarabağ" matçı sabah saat 16:30-da start götürəcək.